Fransa polisi özünü partlatmaqla hədələyən qadını güllələyib – VİDEO

Dünya


Fransa polisi Paris qatar stansiyasında özünü partlatmaqla hədələyən qadını güllələyib.

Məlumata görə, qadın niqabda olub və “Allahu Əkbər” qışqırıb.

Saxlanılma zamanı o, polisin tələblərini yerinə yetirməkdən imtina edib. Polislər xidməti silahdan atəş açaraq, onu qarın nahiyəsindən yaralayıblar.

Sonda qadının üzərində heç bir partlayıcının olmadığı müəyyənləşib. Onun bu addımı hansı səbəbdən atdığı məlum deyil.

Mənbə: Ura.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir