Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində binaların arasında yerləşən boşluqda pişik köməksiz vəziyyətdə qalıb.
resmixeber.az xəbər verir ki, sakinlər doqquzmərtəbəli binaların arasında yerləşən boşluqda qalan pişiyi götürməyə çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.
Daxil olmuş məlumatla bağlı Bakı Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunublar və 7-ci mərtəbənin eyvanları arasında yerləşən boşluqda qalan pişiyi xilas ediblər.
www.RESMIXEBER.az