Bakıda avtomobil avtobus dayanacağına girdi, sürücünün boynu qırıldı – FOTO

Cəmiyyət


Bu gün saat 20:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Hunda İnsight” markalı avtomobil Cavadxan küçəsində sürücünün idarəetməsindən çıxaraq əks hərəkət zolağına daxil olub.

Nəticədə avtomobil yolun əks tərəfindəki avtobus dayanacağına çırpılaraq dayanıb.

Hadisə zamanı taksi kimi fəaliyyət göstərən avtomobilin sürücüsünün onurğası qırılıb, o huşsuz halda sükan arxasında qalıb.

Qəza yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir