Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunun Yırğançay kəndində 17 yaşlı azərbaycanlı K. Y. bədbəxt hadisə nəticəsində həlak olub.
resmixeber.az xəbər verir ki, hadisə dünən baş verib.
Məlumata görə, yeniyetmə idarə etdiyi traktoru aşırıb və nəticədə onun altında qalaraq boynu sınıb.
Bildirilib ki, K. Y. xəstəxanaya aparılarkən yolda keçinib.
www.RESMIXEBER.az