Bakının mərkəzi küçəsində qayda pozan sürücü “görünməz” oldu – AÇIQLAMA + FOTO/VİDEO

Cəmiyyət


Bakının Cəfər Cabbarlı küçəsində hərəkətin əks istiqaməti ilə avtomobili idarə edən sürücünün kimliyi müəyyən edilməyib.

Bununla əlaqədar resmixeber.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. İdarənin baş inspektoru Araz Əsgərli avtomobilin nömrəsinin təhlükəsizlik kameralarına düşmədiyini bildirib.

Xatırladaq ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsünün yol verdiyi qayda pozuntusu digər avtomobillərin kameralarına düşüb və sosial şəbəkələrdə paylaşılıb. Görüntüyə əsasən, hadisə 26.10.2023-cü il tarixdə, saat 18:36-da qeydə alınıb. 

Həmin görüntüləri təqdim edirik:

 

Aysel Aslan 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir