Azərbaycanda niyə halal turizm yaradılmır? – FOTO

Cəmiyyət


Bir çox ölkələrdə halal turizm var. 

Aparılan araşdırmalara görə, müsəlmanlar səyahət üçün əsasən Dubay, Türkiyə, Qətər, Malayziya və digər bu kimi ölkələri seçirlər. 

Artıq müsəlman ölkələrin əksəriyyətində halal turzim yaradılsa da, Azərbaycanda hələ bu addım atılmayıb. 

Bir zamanlar ölkəmizdə turizmin bu növü barədə standartların hazırlandığı bildirilsə də, tətbiq edilməyib.

Bəs niyə ölkəmizdə halal turizm yaradılmır?

Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva resmixeber.az-a bildirib ki, Azərbaycana gələn turistlərin arasında müsəlman ölkələrindən gələnlərin sayı nisbi çoxluq təşkil edir:

“Halal turizm məhsullarının formalaşması həmin ölkələrdən gələn turistlər üçün alternativ seçimlər təklif edə bilər. İlkin addım bu istiqamətdə standartların hazırlanması və halal sertifikatının verilməsi prosedurlarının müəyyənləşdirilməsidir. Bu istiqamətdə işlər davam etdirilir. Bu mənada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcrübəsinin öyrənilməsi məqsədəuyğun hesab edilir. Bununla belə, standartlar müəyyənləşdirildikən sonra sənaye də halal turizm məhsullarının yaradılması işində aktiv iştirak etməlidir”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov resmixeber.az-a açıqlamasında bildirib ki, son illər dünyada halal turizm konseptində hotellərin artması müşahidə olunur:

“Türkiyənin dənizkənarı bölgələrində belə hotellər fəaliyyət göstərir və uğurlu layihədir. Burada əsas məqam hovuzların, çimərlik ərazilərin kişi və qadınlar üçün ayrı olmasıdır. Eyni zamanda, qidaların halal olması və spirtli içkilərin olmaması əsas şərtidir”.

Ekspert bildirib ki, Azərbaycanda da halal turizmin yaradılması effektli ola bilər:

“Bizim ölkədə əksər qidalanma halal kəsimlərlə olur. Nəzərə alsaq ki, bizim dəniz imkanımız var. Sahibkarlarla bu məsələyə diqqət yetirsələr, uğurlu bir layihə olar. Çünki Azərbaycana ərəb ölkələrindən turistlərin gəlməsi çoxluq təşkil edir. Bu layihəni həyata keçirsək, çox uğurlu olar”.

İlhamə Əbülfət 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir