Dağıstanda xaos böyüyür – Soydaşlarımızın yaşadığı Dərbənddə SON VƏZİYYƏT

Dünya


“Dərbənddə, ümumiyyətlə, Dağıstanda yaşayan soydaşlarımız Mahaçqalada baş verən hadisələrin təsirinə düşməməli, özlərini çox təmkinli aparmalıdırlar”. 

Bunu Bizim.media-ya açıqlamasında tanınmış jurnalist, Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev deyib.  

Onun sözlərinə görə, Dağıstanda ötən gün baş verənlər çox böyük təəssüf hissi doğurur və bu yaşananlar təxribatçı qüvvələrin əvvəldən planlaşdırdığı planın bir hissəsidir və Dağıstanda yaşayan azərbaycanlılar çox böyük təmkin və səbir nümayiş etdirməlidirlər:

“Mahaçqalada baş verənlərin fonunda bu gecə 200 mindən çox azərbaycanlının yaşadığı Dərbənd şəhərində müəyyən gərginlik olsa da, şükürlər olsun, hər hansı qarşıdurma yaşanmayıb.  

Gecə boyu Dərbənd polisi şəhərdəki sinaqoqa nəzarət edib, mühafizə ciddi şəkildə təmin edilib. Şəhər rəsmiləri vəziyyəti nəzarətə götürüblər. Bəzi yəhudi ailələrinin orada gecələdiyi barədə məlumatlar var. Rusiya Ravvinliyinin Dərbənd nümayəndəliyinin də bir müraciətinin yayıldığı bildirilir. Müraciətdə onların nə edəcəklərini bilmədikləri, lazım gələrsə, 400-ə yaxın yəhudi ailəsinin bölgədən köçürülməsi öz əksini tapıb. Amma hələlik bununla bağlı hər hansı rəsmi məlumat yoxdur”. 

Müqəddəs Mehdiyev qeyd edib ki, Dərbənd şəhərindəki Cümə məscidinin axundu Seyid Haşim Teyyubovun da xalqa müraciət etdiyi, soydaşlarımıza ölkədə baş verən hadisələrə böyük səbir və təmkinlə yanaşmağı tövsiyə etdiyi barədə məlumatlar da var.  

Ümumiyyətlə, Dağıstanda baş verənlərlə bağlı Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov və digər rəsmilərin çıxış və müraciətlərində əhalini təmkinli olmağa çağırıblar.

Bildirilib ki, Dağıstanda əsrlər boyu yəhudilərlə bütün xalqların nümayəndələri mehriban şəraitdə yaşayıb və əhali təxribatçı qüvvələrin qızışdırıcı mövqelərinə uymamalı və böyük təmkin nümayiş etdirməlidir.  

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir