Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Asif Arif oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Beybud oğlu İsayev könüllü olaraq polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az