Göygöldə ayılar kəndlərə hücum edib: “İdarə deyir ki, kənd sakinləri keşik çəksinlər” – FOTO

Cəmiyyət


Göygöl rayonunun Quşçu və Qarabulaq kəndlərində ayılar təsərrüfata hücum edərək zərər vurublar.

Kənd sakinlərinin “resmixeber.az”un Qərb bürosuna verdiyi məlumata görə, son günlərdə dəfələrə onlara məxsus arı yeşikləri, mal-qara və meyvə ağacları ayılar tərəfindən zərər görüb.

Sakinlər bildiriblər ki, bir neçə gün öncə həm Quşçu kəndində, həm də qonşu kəndlər olan Qarabulaq və Sarısu kəndlərində bir neçə nəfərin təsərrüfatına ayılar tərəfindən ciddi zərər yetirilib.

Belə ki, ayılar Quşçu kənd sakini Y.Qarayevaya, həmçinin Qarabulaq kənd sakini M.Haqveridyevaya məxsus arı təsərrüfatına zərər vurub, bir neçə pətək dağıdılıb, arı ailələri tələf olub.

Qarabulaq kənd sakini E.Məmmədova məxsus meyvə və qoz ağacları da ayılar tərəfindən sındırılıb.

Qarabulaq kənd sakini S.Alışanova məxsus iki baş mal-qara isə ayılar tərəfindən parçalanıb.
Sakinlər oxşar halın qonşu kənd olan Sarısuda də baş verdiyini bildiriblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirliyin 10 saylı Regional idarəsinin əməkdaşları ərazidə olub, faktlarla bağlı qeydlər alıblar.

“İdarədən bildirdilər ki, rəsmi ov tüfəngi olan bir neçə kənd sakini ayıların kəndə, təsərrüfata hücum etməməsi üçün növbə çəksinlər, əgər ayılar gələrsə, havaya atəş açaraq onları qorxudub ərazidən uzaqlaşdırsınlar. Ayını öldürmək olmaz, əgər ayını öldürsələr, küllü miqdarda cərimə ödəməli olacaqlar”, – deyə sakinlər bildirib.

Kəndlilər heç bir sakində ov tüfəngi olmadığını və növbə çəkə bilməyəcəklərini deyiblər.

Qeyd edək ki, hər iki kənd meşəlik və dağlıq ərazidə yerləşir. Kənd sakinləri maldarlıq, arıçılıq və əkinçiliklə məşğul olurlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir