Nəmişlikdən divara vurulan suvaq hissələrə bölünərək qopub, evlərdə bir neçə yerdə çatlar əmələ gəlib.
Xezerxeber.az-ın məlumatına görə, bu problem Xəzər rayonu, Qala qəsəbəsində eyniadlı küçədə tikilən evlərdə yaşanır.
Sakinlərin iddialarına görə, buradakı mənzillərin əksəriyyətində vəziyyət eynidir.
Bildirilib ki, yağış yağarkən onların yaşayışı daha da çətinləşir. Problemlə bağlı aidiyyəti qurumlar da dəfələrlə məlumatlandırılıb.
Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət ünvanlanıb.
Qurumdan isə bildirilib ki, Qala qəsəbəsində qrunt sularının kənarlaşdırılması ilə bağlı lokal xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, problemin əsaslı həlli ilkin mərhələdə magistral kanalizasiya kollektorunun, növbəti mərhələdə isə toplayıcı şəbəkənin inşası ilə mümkündür.
Qeyd edək ki, “Azərsu” ASC-nin sifarişi ilə Qala qəsəbəsi ərazisində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin inşası qurumun tədbirlər planına uyğun mərhələli şəkildə həyata keçiriləcək.
Ətraflı süjetdə:
www.RESMIXEBER.az