Uzun illər təhsil ocaqları da ermənilərin işğalından əziyyət çəkib.
Onlardan biri də Qarabağda yeganə ali məktəb olan Xankəndi Dövlət Pedaqoji İnstitutu olub.
Ermənilər Qarabağda özlərinə yer etikdən sonra azərbaycanlıları bu təhsil ocağından kənarlaşdırıblar. İnstitutun adı isə saxtalaşdırılaraq dəyişdirilib. Artıq Xankəndi azaddır. Sakinləri kimi bu ali təhsil ocağı da doğma yurduna, Xankəndiyə qayıdacağı günü gözləyir.
Həmin ali məktəbdə tarix müəllimi işləmiş Yusif Fərzəliyev təəssüratlarını “Xəzər Xəbər”lə bölüşüb.
Yusif Fərzəliyev vaxtilə 12 il Xankəndi Dövlət Pedoqoji İnstitutunda tarix müəllimi işləyib.
O bildirib ki, institut 1969-cu ildə indiki Azərbaycan Pedaqoji Universitetinin filialı kimi fəaliyyətə başlayıb.
Yusif Fərzəliyevin sözlərinə görə, Xankəndi Dövlət Pedoqoji İnstitutunda o vaxatlar 2 minə yaxın tələbə təhsil alırdı:
“Ali məktəbdə azərbaycanlılarla ermənilər bir yerdə oxuyurdular. Təhsil ocağında 40-a yaxın azərbaycanlı müəllim işləyiyirdi. Xankəndi Dövlət Pedoqoji İnstitutu Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı olub. Yuxarı Qarabağın və ərazi cəhətdən ona bitişik olan digər rayonların gənclərinin ali təhsilə yiyələnməyində mühüm rol oynayıb”.
Yusif Fərzəliyev qeyd edib ki, azərbaycanlılar Xankəndi şəhərini tərk etdikdən sonra ermənilər institutun adını dəyişdirərək separatçı rejimin universiteti adlandırıblar.
Bəxtinə köçkünlük yazılan bu təhsil ocağı da antiterror tədbirlərindən sonra azadlığa qovuşub.
Xankəndi Dövlət Pedoqoji İnstitutunun nə vaxt yenidən fəaliyyətə başlayacağı ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu məsələ hazırda müzakirə olunur və ictimaiyyətə əlavə məlumat veriləcək.
Ətraflı süjetdə:
www.RESMIXEBER.az