“Artıq vaxt yetişib, müstəmləkə siyasətinə qarşı mübarizəni yeni formada davam etdirməliyik”.
“resmixeber.az” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Korsikada şəhər meri Jan Mark Rodriges deyib.
O bildirib ki, Sakit okean xalqları müstəmləkə siyasətinə qarşı mübarizə aparırlar:
“Artıq vaxt yetişib, müstəmləkə siyasətinə qarşı mübarizə və siyasətimizi yeni formada davam etdirməliyik. Bu məsələlər beynəlxalq hüquq çərçivəsində müzakirə olunacaq”.
Natiqin sözlərinə görə, bəzi dairələr dialoq mühitini darmadağın edir:
“Bu davranışlar artıq təhlükəli xarakter alıb. Bu, dövlətlərin öz taleyini həll etməsinə mane olur”.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.
www.RESMIXEBER.az