Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Mikayıl Abdullayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, M.Abdullayev vətəndaşın etibarından istifadə edərək Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən torpaq sahələrinə dair çıxarış alınması üçün sənədlərin düzəldilməsi adı ilə ümumilikdə 46 500 manat pulunu ələ keçirib. O, digər bir şəxsə isə torpağa çıxarış təşkil edəcəyi adı ilə ondan 12 min manat pul alıb.
M.Abdullayevə qarşı Cinayət Məcəlləsinin dələduzluq, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə ittiham irəli sürülüb.
www.RESMIXEBER.az