“Milan”ın hücumçusu, hazırda “Norçöpinq”in icarəyə götürdüyü Emil Robak itkin düşüb.
Məlumata görə, son iki həftə ərzində nə İsveç klubu, nə də 20 yaşlı futbolçunun ailəsi futbolçu ilə əlaqə saxlaya bilib.
Hazırda İsveçdə bu oyunçunun başına gələnlər barədə heç bir məlumat yoxdur. Emil Robak komandanın məşqinə gəlməyib və bununla bağlı partnyorlarından heç birinə zəng vurmayıb, xəbər verməyib.
“Norçöpinq” idman direktoru Toni Martinsson Robak ilə əlaqə saxlamağa çalışsa da, bu, mümkün olmayıb.
Qeyd edək ki, Emil Robak 2023-cü ilin martında Norçöpinq”ə qoşulub. Onun İsveç klubu ilə müqaviləsi bu ilin noyabrına kimi qüvvədə idi.
Mənbə: fontanka.ru
www.RESMIXEBER.az