Emre Özer: “Azərbaycan” İES-də tikinti işləri sürətləndirilib”

Cəmiyyət


“Müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər müəyyən olunan zamandan, qrafikdən daha tez aparılır. Ümid edirik ki, fəaliyyət layihə başa çatdırılana qədər bütün mərhələlər eyni sürət və keyfiyyətdə davam etdiriləcək”.

resmixeber.az xəbər verir ki, bunu  “AzərEnerji” ASC-nin Mingəçevir şəhərində təşkil etdiyi mediaturda mətbuat nümayəndələrinə açıqlama verən İtaliyanın AFRY şirkətinin sahə meneceri Emre Özer deyib. O qeyd edib ki, Azərbaycanda Avropa və beynəlxalq standartlara uyğun elektrik stansiyası inşa ediləcək:

“Biz isə stansiyanın tikintisində rol oynamaqdan xoşbəxtik.

Hazırda əsas infrastruktur işləri 90-95 faiz yekunlaşıb. Üst tikililər və mexanizmlərin əksəriyyətinin təməli qoyulub. Yaxın zamanda birinci turbinin montaj işlərinə başlanacaq. Bundan sonra isə qazanların quraşdırılması həyata keçiriləcək. Bununla da, layihənin 2024-cü ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub”.

O, həmçinin qeyd edib ki, hazırda sahədə 250-ə yaxın əməkdaş çalışır. Amma turbin və qazanların quraşdırılması işlərinə 1000-dən çox işçi cəlb olunacaq.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir