Məscidlərə 200-ə yaxın yeni imam təyin edilib – FOTO

Cəmiyyət


“Əvvəllər kadr çatışmazlığından irəli gələrək məscidlərdə çalışan din xadimlərinin əksəriyyətinin dini təhsili olmayıb”.

Bunu resmixeber.az-a açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, din xadimlərinin təyinatı komitə tərəfindən həyata keçirilir:

“Eyni zamanda, həmin şəxslərlə bağlı məlumatlar Qafqaz Müsəlmaları İdarəsinə məlumat ötrülür. Ali və orta dini təhsili olan şəslərin təyinatı aparılır. Əvvəllər kadr çatışmazlığından irəli gələrək məscidlərdə çalışanların əksəriyyətinin dini təhsili olmayıb. Hazırda dini təhsili olmayan şəxslərim əvəzolunması prosesi gedir. Yenilənmiş kadrların sayı 200-ə yaxınlaşmaqdadır”.

M.Qurbanlı əlavə edib ki, məscidlərə dini ayinləri yerimə yetirmək üçün qadınlar da təyin edilir.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir