Əli Əhmədov: “Azərbaycan qadınların elm və təhsil sahəsində inkişafı üçün lazım olan bütün şəraiti yaradıb”

Siyasət


“Azərbaycan Qadınlarının VI Qurultayını fərqləndirən iki başlıca xüsusiyyət diqqəti cəlb edir. Bunun birincisi qurultayın ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasıdır. İkincisi isə qurultayın ilk dəfə olaraq suverenliyini bütünlüklə bərpa etmiş Azərbaycanda baş tutmasıdır. Bu, çox tarixi hadisədir və qurultaya xüsusi məna, gözəllik verir”.

resmixeber.az-ın məlumatına görə, bunu ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, ailə cəmiyyətin özəyidir:

“Ailə və cəmiyyət qadınlarsız təsəvvür edilə bilməz. Azərbaycan qadınların elm və təhsil sahəsində inkişafı üçün lazım olan bütün şəraiti yaradıb və bundan sonra da qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində əlindən gələni edəcək.

İndiki qadınlar 15-20 il əvvəlki qadınlardan çox fərqlənirlər. Onlar cəmiyyətdə və dövlət strukturlarında geniş fəallıq göstərirlər”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir