Bakıda qadın iki uşağı ilə küçədə qalır.
resmixeber.az xəbər verir ki, bu barədə sosial şəbəkədə bir neçə dəfə məlumat yayılıb. Şəbəkə istifadəçiləri iddia edir ki, qadın və uşaqlarını bir aya yaxındır ki, paytaxtın Xətai rayonu, Gəncə prospekti tərəfdə avtomobil yolunun kənarında görürlər. Qadının imkansızlıqdan, dolanışıqlarını təmin etmək üçün diləndiyi deyilir.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Komitənin mətbuat katibi Teymur Mərdanoğlu resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən qadın və uşaqlara dəfələrlə köməklik təklif edilib:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ailəyə yardım təklif edilib. Danışıqlar aparılıb. Hətta onlara sosial yardım da təyin edilib. Amma bütün bunlara baxmayaraq, qadın küçədə dilənməyi seçib”.
Könül Cəfərli
www.RESMIXEBER.az