Bayden Qəzza xəstəxanasındakı partlayışla bağlı: “Deyəsən, başqa komanda edib”

Dünya


İsrailə səfər edən ABŞ Prezidenti Co Bayden bu ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Qəzza xəstəxanasındakı partlayışla bağlı danışıb.

Bayden bildirib ki, Qəzzadakı Əl-Əhli xəstəxanasında baş verən partlayış, görünür, İsrail deyil, Qəzzadakı terror qrupları tərəfindən törədilib. 

“Qəzza xəstəxanasında baş verən partlayış məni çox kədərləndirdi və qəzəbləndirdi. Gördüklərimi nəzərə alsaq, bunu siz yox, digər komanda edib”, – deyə Bayden İsrailin hadisələrlə bağlı versiyasını açıq şəkildə dəstəkləyib.

“Əmin olmayan bir çox insan var”, – deyə o əlavə edib.

Mənbə: “The Times of Israel”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir