Topdaşıyanın bir hərəkəti “Sumqayıt”a 1500 manata başa gəldi

Dünya


AFFA İntizam Komitəsi “Sumqayıt”, “Sabah” və “Kəpəz” klublarını cərimələyib.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, “Sumqayıt” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldiyi Premyer Liqanın IX turunun oyununda topdaşıyanın künc zərbəsi zamanı topu kənara atmasına görə 1500 manat ziyana düşüb.

Gəncə təmsilçisi isə dörd üzvü həmin qarşılaşmada sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

“Sabah” “Araz-Naxçıvan”la heç-heçə (1:1) etdiyi qarşılaşmada azarkeşlərin kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirməsinə və bu hal ikinci dəfə yaşandığına görə 500, matçın ardından meydana kənar şəxslər daxil olduğu üçün 500 manat cərimələnib.

“Turan Tovuz”a isə xəbərdarlıq edilib. Buna bölgə klubunun fanatlarının “Zirə”yə 1:2 hesabı ilə uduzduqları görüşdə hakimin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsi səbəb olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir