Adil Kərimli: “Azərbaycan filmi türk kino sənətinin vacib hissəsidir”

Cəmiyyət


“Azərbaycan filmi türk kino sənətinin vacib hissəsidir və inkişaf etməkdədir”.

“resmixeber.az” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış və mükafatlandırma mərasimində deyib.

“Azərbaycan kinematoqrafiyasının türk kino sənətinin tərkib hissəsi olaraq, bu tərkibə qatqısı çox böyükdür. Mən inanıram ki, bütün bunların dəstəyi ilə türk filmi, türk kinematoqrafiyası dünya filmində xüsusi yerini tapacaq. Mən kino sahəsinə diqqət və qayğısına görə Bakı Media Mərkəzinin direktoru Arzu Əliyevaya təşəkkür edirəm. Biz bu diqqət və qayğını müasir Azərbaycan filminin inkişafında görürük”, – deyə A.Kərimli vurğulayıb.

Nazir həmçinin növbəti “Korkut Ata” Türk Dünyası Film Festivalına evsahibliyi edəcək Türkmənistana uğurlar arzu edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir