Bu gün birinci instansiya məhkəmələrinə təyin olunan hakimlərin əksəriyyətini qadın hakimlər təşkil edir.
resmixeber.az xəbər verir ki, Prezident İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Sərəncamına əsasən 32 yeni hakim təyin olunub ki, onların da 17-si qadın hakimlərdir.
Bu da ölkəmizdə məhkəmə-hüquq sistemində gender bərabərliyinin təmin olunmasının, qadınların ictimai həyatın müxtəlif sahələrində olduğu kimi, bu sahədə də fəallığının təzahürü kimi qiymətləndirilə bilər.
Yeni təyin olunan qadın hakimlərin siyasını təqdim edirik:
1. Esmira Qərib qızı Məmmədova – Lənkəran Ağır Cinayətlər Məhkəməsi
2. Leyla Kamil qızı Əliyeva – Gəncə İnzibati Məhkəməsi
3. Könül Əbülfəz qızı Həbibova – Sumqayıt İnzibati Məhkəməsi
4. Pərvanə Tahir qızı Qurbanova – Şirvan İnzibati Məhkəməsi
5. Vüsalə Vahid qızı Musayeva – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi
6. Starə Vidadil qızı Əliyeva – Bakı şəhəri Nizami Rayon Məhkəməsi
7. Fəridə İslam qızı Rzayeva – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi
8. Aygün Mayıl qızı Mürsəlova – Ağdaş Rayon Məhkəməsi
9. Liza Əliəşrəf qızı Xanməmmədova – Gəncə Şəhər Məhkəməsi
10. Gülnaz İntiqam qızı Qurbanova – Göyçay Rayon Məhkəməsi
11. Nərmin Mirhəsən qızı Abiyeva – Xaçmaz Rayon Məhkəməsi
12. Aynur Məhəmməd qızı Əliyeva – Xaçmaz Rayon Məhkəməsi
13. Güləndam Gündüz qızı Quliyeva – Mingəçevir Şəhər Məhkəməsi
14. Vəsilə Əlövsət qızı Əliyeva – Salyan Rayon Məhkəməsi
15. Vəfa Zavrulla qızı Şirəliyeva – Sumqayıt Şəhər Məhkəməsi
16. Könül Murtuz qızı Mirzəfərova – Şabran Rayon Məhkəməsi
17. Aydan Zakir qızı Məmmədli – Şirvan Şəhər Məhkəməsi.
www.RESMIXEBER.az