Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2023/24-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı”nı təsdiqləyib.
Bu barədə DİM məlumat yayıb.
“Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, bu tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər”, – məlumatda qeyd edilir.
www.RESMIXEBER.az