Tehrandan çıxan təyyarədə bomba təhlükəsinə görə Almaniyada aeroportun işi dayandırıldı

Dünya


Tehrandan (İran) çıxan təyyarənin göyərtəsində bomba təhlükəsi yarandığı üçün Hamburq Beynəlxalq Hava Limanının (Almaniya) işi tamamilə dayandırılıb.

Məlumata görə, təyyarə aeroporta eniş edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hava gəmisində axtarış aparırlar.

Təyyarədə olan 198 sərnişin və 16 ekipaj üzvü təyyarəni tərk edib. Hazırda onların baqajı yoxlanılır.

Hava limanı Bakı vaxtı ilə saat 14:40-dan etibarən reyslər göndərmir və qəbul etmir.

O da vurğulanır ki, federal polis elektron poçt vasitəsilə daxil olan xəbərdarlığı ciddi qiymətləndirir.

Mənbə: NDR

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir