Türkiyənin XİN rəhbəri həmkarları ilə Fələstin-İsrail məsələsini müzakirə edib

Dünya


Türkiyənin xarici işlər naziri Hakan Fidan Misir, İran, Qətər, Fələstin və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefonla danışıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar Fələstin-İsrail münaqişəsinin deeskalasiyası məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi “HƏMAS”ın İsrailə hücumu ilə bağlı bəyanat yayıb. Rəsmi Ankara münaqişə bölgəsində zorakılıq və gərginlikdən ciddi narahatlığını ifadə edib və problemin həllinə töhfə verməyə hazır olduğunu bildirib. Türkiyə həmçinin tərəfləri güc tətbiqindən imtina etməyə çağırıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir