Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı 2007-ci ildə seçki kampaniyasının maliyyələşdirilməsi işi ilə bağlı yeni ittihamlar irəli sürülüb.
Eks-prezident “şahidin tabeliyi haqqında məlumatın gizlədilməsi” və “cinayətkar qruplaşmanın tərkibində məhkəmə saxtakarlığı törətmək üçün cinayətdə əlbir olma” maddələri üzrə şübhəli bilinir.
Xatırladaq ki, daha əvvəl fransalı müstəntiqlər 2007-ci ildə Liviya hakimiyyəti tərəfindən seçki kampaniyasının mümkün maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində keçmiş prezident Nikola Sarkozinin evində axtarış aparıblar.
Həmçinin Sarkozi 2012-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsində də təqsirli bilinib.
Mənbə: BFMTV
www.RESMIXEBER.az