BŞTİ rəhbəri: “Müəllimlərin vəsait toplanması yolverilməzdir”- FOTO

Cəmiyyət


Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Görüşdə məktəb idarəetməsində səmərəliliyinin artırılması, müəllim-şagird, müəllim-valideyn münasibətlərinin düzgün tənzimlənməsi mövzularında müzakirələr aparılıb.

BŞTİ müdiri M.Vəliyeva 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, yeni dərs ilində ümumi təhsil müəssisələrinin qarşısında duran ümdə vəzifələrdən söz açıb. Məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyini xüsusilə vurğulayan İdarə müdiri Elm və Təhsil Nazirliyinin Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimlərə hər hansı formada hədiyyələr verməsinin və ya vəsait toplanmasının yolverilməz olduğu haqqında qəti mövqeyini diqqətə çatdırıb.

Azərbaycanın tarixi qələbədən sonra inkişafın yeni mərhələsində uğurla irəlilədiyini nəzərə çatdıran M.Vəliyeva ictimaiyyətin məktəbdən və müəllimdən gözləntilərinin də dəyişdiyini vurğulayıb. Bu baxımdan məktəb-valideyn münasibətlərinə daha həssas yanaşmanın vacibliyinə diqqət çəkən İdarə müdiri valideyn və ictimaiyyət nümayəndələrinin də müəllim nüfuzunun qorunmasına daha yaxından dəstək olacağına, gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişdirilməsi işinə öz töhfələrini verəcəklərinə əminliyini bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir