Rövnəq Abdullayev: “Sanki böyük qardaşımı itirmişəm”

Cəmiyyət


“Sanki böyük qardaşımı itirmişəm”. 

resmixeber.az xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimində jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev deyib. 

Onun sözlərinə görə, Xoşbəxt Yusifzadə çox optimist insan idi:

“O işləri və göstərişləri yerinə yetirməyi ilə bütün gənclərə örnək idi. Ona hər zaman deyirdim ki, sən cavanlardan çox daha operativsən. Çox gözəl insan idi. Allah ona qəni-qəni rəhmət etsin. O bütün neftçilərin ürəyində iz qoyub getdi. Nə qədər ki, neft və neft şirkəti var, Xoşbəxt müəllim həmişə yaddaşlarda qalacaq”. 

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir