Venesiyanın materik məhəlləsi Mestredə sərnişinləri daşıyan avtobus yerüstü keçiddən aşıb.
Qəza nəticəsində azı 20 nəfər həlak olub.
Bu barədə Venesiya meri məlumat verib. Onun sözlərinə görə, insident zamanı çox sayda xəsarət alanlar var.
Daha sonra yerli prefektura 21 nəfərin öldüyü, 12 nəfərin yaralandığı, itkin düşənlərin olduğu barədə məlumat yayıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Mənbə: TASS
www.RESMIXEBER.az