Sudanın Şimali Xartum şəhərində atışma nəticəsində azı altı mülki şəxs həlak olub, on nəfər yaralanıb.
Məlumata görə, şəhərin mərkəzində əhalinin sıx məskunlaşdığı ərazi hücuma məruz qalıb, yanğın törədilib və atışma olub.
“Əl-Cəzirə” yanğının Sudanın çevik reaksiya qüvvələri (xüsusi qüvvələr) tərəfindən törədildiyini iddia edir.
Qeyd edək ki, Suveren Şuraya rəhbərlik edən ordu komandiri Əbdel Fəttah əl-Burhan ilə Çevik Reaksiya Qüvvələrinin rəhbəri Mohamed Hamdan Daqalo arasında fikir ayrılığı səbəbindən Sudanda vəziyyət aprel ayında gərginləşib.
Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də ordunun baş komandanı kimin olması ilə bağlıdır.
Mənbə: TASS
www.RESMIXEBER.az