Hindistanın Maharaştra ştatının Nanded şəhərindəki xəstəxanada bir gündə 20-dən çox xəstə, o cümlədən 12 yeni doğulmuş körpə ölüb.
Bu barədə “NDTV” telekanalı tibb müəssisəsinin nümayəndələrinə istinadən məlumat yayıb.
“Son 24 saat ərzində altı yeni doğulmuş oğlan və altı yeni doğulmuş qız uşağı ölüb. 12 nəfər böyük müxtəlif xəstəliklərdən, əsasən ilan sancmasından dünyasını dəyişib”, – deyə telekanal onların sözlərini sitat gətirib.
Yenidoğulmuşların ölüm səbəbləri açıqlanmır.
Həkimlərdən biri Şyamrao Vakodenin sözlərinə görə, uşaqlar müxtəlif xəstəliklərdən əziyyət çəkiblər. Yetkin xəstələrə gəlincə, o qeyd edib ki, onlar xəstəxanaya daxil olanda onların vəziyyəti ağır olub.
“Onlardan səkkizinin yaşı 70-80 arasında olub. Onların müxtəlif problemləri var idi: şəkərli diabet, qaraciyər və böyrək çatışmazlığı”, – deyə Vakode bildirib.
Xəstəxana rəhbərliyi müəssisədə dərman qıtlığının olmadığını iddia edir. Lakin telekanalın məlumatına görə, son aylarda bəzi tibb işçilərinin başqa xəstəxanalara köçürülməsi ilə əlaqədar xəstələrə xidmətin göstərilmnəsində çətinliklər yaranıb.
Maharaştra Səhiyyə Naziri Həsən Müşrif səhər Nandeddəki xəstəxanaya şəxsən gəlib. O bildirib ki, xüsusi komissiya cəmi bir gün ərzində bu qədər xəstənin ölümünün səbəbini araşdıracaq.
Mənbə: “NDTV” telekanalı, India Today
www.RESMIXEBER.az