“Bu günə qədər 98 min hektardan artıq ərazi minalardan təmizlənib”.
resmixeber.az xəbər verir ki, bu fikirləri ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, burada onminlərlə tank əleyhinə minalar aşkarlanıb:
“Onlar arasında partlamamış sursatlar, piyada əleyhinə minalar var. Aşkarlanan minaların çoxu plastik tank əleyhinə minalardır. Onların tərkibində metal tərkibi az olduğu üçün onların aşkarlanması çətinləşir. Minaların çoxu ermənilərin istehsalı olan minalardır. Onlar Rusiya istehsalı olan minaların bənzərini yaratmağa çalışıblar. Bütün bunlara baxmayaraq, işlər davam etdirilir”.
Könül Cəfərli
www.RESMIXEBER.az