“Bu sahədə ANAMA-nın komandası 24 saat/7 gün fəaliyyət göstərir. Bu mükafat bizim komandanın zəhmətinin bəhrəsidir”.
resmixeber.az xəbər verir ki, bu fikirləri “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Ümumdünya Məskunlaşma Günü” Forumunda çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyir.
O bildirib ki, humanitar sahədə minalardan təmizlənmə çox vacib məqamdır:
“Təşəkkür edirəm ki, bu fəaliyyətimiz beynəlxalq səviyyədə tanındı. Ərazilərin minalardan təmizlənməsi prosesi növbəti mərhələdəki addımlar üçün təkan rolu oynayır”.
Könül Cəfərli
www.RESMIXEBER.az