Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları Sərsəng su anbarına nəzarət edirlər

HƏRBİ


Ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da bizim nəzarətimizə keçib. Artıq su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir. 

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat verib.  

1976-cı ildə Tərtərçay çayının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib. 

Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln. kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1 346 hektar, sahil xəttinin uzunluğu – 50,25 km-dir.

Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının  ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir