“Azərbaycan Bibliya Cəmiyyəti”nin sədri: “Vətən müharibəsindəki şücaətimizdən ruhlanırıq”

Siyasət


“44 günlük Vətən müharibəsindəki şücaətimizdən ruhlanırıq”.

“resmixeber.az”un xəbərinə görə, bunu “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov Bakıda keçirilən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfransda çıxışı zamanı deyib.

“Biz bir-birimizlə döyüşmürük, hansımızın doğru, hansımızın yanlış olması barədə müzakirələr aparmırıq. Bizim dilimiz sevgi dilidir. Hər birimiz Azərbaycan xalqının nümayəndəsiyik və müxtəlif konfessiyaların nümayəndələri olaraq münasibətlərimizi daha da dərinləşdiririk. 44 günlük Vətən müharibəsindəki şücaətimizdən ruhlanırıq və vətənimizin bütövlüyü uğrundakı məsuliyyətimizi də dərindən hiss edirik. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bundan sonra da əlimizdən gələni edəcəyik”, – deyə o qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir