Alparslan Bayraktar: “Naxçıvan gələn il yeni kəmərlə Türkiyədən qaz ala biləcək”

Siyasət


“Türkiyə İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin ən qısa müddətdə tamamlanmasına ümid edir ki, 2024-cü ilin qışında Naxçıvan Muxtar Respublikasında istehlakçılar bu xətt ilə qazla təmin olunsunlar”.

resmixeber.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar Naxçıvanda keçirilən brifinq zamanı bildirib.

“Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri layihələri həyata keçirildikdən sonra biz indi İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyduq. İnşallah, ən qısa zamanda, gələn il bu layihəni başa çatdıracağıq. Naxçıvan sakinləri isə gələn ilin qışında bu kəmərlə Türkiyədən qaz ala biləcəklər”, – deyə Alparslan Bayraktar qeyd edib.

Xatırladaq ki, bu ilin sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşündən sonra İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirilib.

Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə iki milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

Boru kəmərinin Azərbaycan hissəsinin tikintisi SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC, Türkiyə hissəsinin tikintisi BOTAŞ şirkəti tərəfindən icra edilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir