Fransada bomba xəbərdarlığı zənglərinə görə beş lisey bağlanıb

Kriminal


Fransanın paytaxtı  Parisin cənub-şərqindəki Val-de-Marn departamentindəki  beş lisey bomba xəbərdarlığı zənglərinə görə müvəqqəti olaraq bağlanıb.

Məlumata görə, zəng edənlər “Əl-Qaidə” terror təşkilatı adından hərəkət etdiklərini iddia ediblər. Hadisə yerində polis itləri işləyir. Şagirdlər təxliyə edilib. Hələlik heç bir partlayıcı obyekt aşkar edilməyib.

Qeyd edək ki, tədris ilinin başlanmasından sonra təhsil müəssisələrində bomba qoyulması ilə bağlı yalan məlumatların verilməsi halları daha da artıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir