“Qənirə xanımla iki həftə öncə AZAL-ın dəvəti ilə görüşdə birgə iştirak etmişdik. Orada çıxış edəndə də gördüm ki, sınıxıb”.
Bu sözləri resmixeber.az-a açıqlamasında Qənirə Paşayeva ilə vida mərasiminə qatılan deputat Tahir Kərimli deyib.
O qeyd edib ki, heç kim Qənirə xanımın bizi belə tərk edəcəyinə inanmırdı:
“Bizə çox böyük acı yaşatdı. Dünya durduqca Azərbaycan xalqı onun xatirəsini yaşadacaq. Allah məkanını cənnət eləsin!”
Könül Cəfərli
www.RESMIXEBER.az