Corc Dik: “Qənirə xanım Azərbaycanın sevimli qızı və İsrailin əziz dostu idi” – FOTO

Cəmiyyət


İsrailin Azərbaycandakı səfiri Corc Dik millət vəkili Qənirə Paşayevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

resmixeber.az-ın məlumatına görə, diplomat bununla bağlı özünün “X” hesabından paylaşım edib.

“Azərbaycanın millət vəkili Qənirə Paşayevanı itirdiyimizə görə çox kədərlənirəm. O, Azərbaycanın sevimli qızı və İsrailin əziz dostu idi. İsrail səfirliyinin və şəxsən öz adımdan onun ailəsinə, Milli Məclisə və həyatına toxunduğu hər kəsə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”, – deyə C.Dik bildirib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir