Vardanyanın qandallanması: Nələrin qarşısı alındı? – ŞƏRH

Siyasət


Qarabağa qaranlıq və təhlükəli gündəliklə gələrək özünü “dövlət naziri” elan etmiş Ruben Vardanyan Azərbaycanın gördüyü tədbirlərlə qüssəli milyarder oldu, onun qoluna “Laçın” sərhəd-buraxılış məntəqəsində qandal vurulması isə geniş mənada regionu təhlükəli layihədən sığortaladı.

Söhbət ondan gedir ki, Vardanyan böyük planda Qarabağa perspektiv hərəkətlərin icrasına başlamaq üçün məşqə gəlmişdi.

Əlqərəz, Vardanyan planı uğurla icra edə bilmədi, bu zaman isə Rusiya oyun qaydalarını dəyişdirdi – təbii ki, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin Vardanyanın separatçı, terrorçu və digər cinayətkar fəaliyyətinə qarşı aydın və qətiyyətli əks-hücumları ilə.

Belə olanda, Rusiya Vardanyandan imtina etməyə məcbur qaldı, onu vətəndaşlıqdan çıxardı (rəsmi informasiyalara görə, Vardanyan özü Rusiya vətəndaşlığından çıxmaq üçün ərizə ilə müraciət etmişdi) çünki Moskva üçün Azərbaycanla əməkdaşlığın perspektiv strateji konturları Vardanyan kartını kölgədə qoyurdu.

Vardanyanın Laçında saxlanılıb Bakıya gətirilməsindən sonra Rusiyadan Kremlin onun hüquqlarının müdafiə edilməyəcəyi ilə bağlı verilən bəyanatlar diqqətçəkicidir. Hərçənd, Bakı ilə Moskva arasındakı təmaslarda milyarderlə bağlı müəyyən müzakirələrin getdiyi ehtimalı da zəif deyil.

Vardanyan kartının vurulması vacib amildir, elə Rusiyaya da sərf edir, Ukraynadakı müharibə ilə hərbi sahə ilə yanaşı, maliyyə çətinlikləri ilə üzləşən Moskvaya Vardanyanın milyardları lazımdır.

Ancaq məsələnin daha qaranlıq tərəfi var – Vardanyan Rusiya ilə Qərb arasındakı çirkli maliyyə transferlərini həyata keçirən fiqur idi, buna görə də Qərbdən Vardanyanın həbsindən sonra yaranan reallıqla əlaqədar müxtəlif siqnallar verilə bilər.

Qeyd etdiyimiz nüanslar və ya ehtimallar Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələrinin gurlaşan işığında ortaya çıxır.

Qısası:

– Vardanyanın Bakıya hüquq mühakiməsinə verilməsi üçün gətirilməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin yayımladığı kadrlar regionda separatçılığın məhvinə yönəlmiş böyük tədbirlərin nəticəsidir;

– Bundan sonra digər cinayətkarlar ya təslim olmalıdırlar, ya da Azərbaycanın hüquq-mühafizə sisteminə müqavimət yolunu seçsələr, onlarla başqa cür danışılacaq.

Aqşin Kərimov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir