ABŞ-də demokratlardan prezidentliyə namizəd, kiçik Robert Kennedi 2001-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzində baş verən hadisənin terror aktı olduğu ilə bağlı şübhələrini dilə gətirib.
O, bu barədə “The Guardian” nəşrinə verdiyi müsahibəsində danışıb.
Kennedi ticarət mərkəzinin 7-ci binası ilə bağlı ortaya çıxan konspiroloji nəzəriyyə versiyasını xatırladıb. Onun sözlərinə görə, bu yaxınlarda məlum olub ki, orada bəzi ABŞ kəşfiyyat orqanlarının ofisləri olub.
Bununla belə, o, belə bir versiyanı açıq şəkildə dəstəkləmədiyini, lakin eyni zamanda hökumətin terror aktı ilə bağlı 2 illik araşdırması ilə də tam razı olmadığını deyib.
“Sentyabrın 11-də nə baş verdiyini bilmirəm. Qəribə hadisələrin baş verdiyini bilirəm. Təyyarənin dəymədiyi binalardan biri uçub”, – deyə o, fikrini yekunlaşdırıb.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də ABŞ-də silsilə terror aktları törədilib. Həmin faciədən artıq 22 il ötür.
Həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.
Mənbə: “İzvestiya” “Telegram”
www.RESMIXEBER.az