Erməniəsilli şəxs: “Qarabağ Azərbaycanındır və Azərbaycan pasportu alacağam” – FOTO

HƏRBİ


“Qarabağ Azərbaycanındır və Azərbaycan pasportunu alacağam”.

“resmixeber.az”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməniəsilli sakini Suren Babayan deyib.

Onun sözlərinə görə, 36 ildir Şuşanın Daşaltı kəndində yaşayır və geri qayıtmaq fikri var:

“Bütün ailəm, qohumlarım Turşsuda qalıblar. Qoyunlarımın bir hissəsini indi keçirirəm, yarısı hələ orada qalıb. Azərbaycan tərəfinin heç bir təzyiqinə məruz qalmadım. Uzun müddət Azərbaycanda fermer təsərrüfatım olub. Ağcabədidə ferma müdiri olmuşam, 11 min mal-qaram olub”.

S.Babayan onu da bildirib ki, tezliklə Azərbaycan pasportunu almaq fikri var:

“Qarabağ Azərbaycanındır və mən bunu həmişə bu cür də bilmişəm”.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir