Gürcüstan 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 13,77 milyon ABŞ dolları dəyərində 3 980,90 ton canlı iribuynuzlu mal-qara ixrac edib.
resmixeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun ümumi dəyəri illik ifadədə 4,42 milyon ABŞ dolları və ya 47%, həcmi isə 281 ton və ya 7,6% artıb.
2022-ci ilin ilk 8 ayı ərzində isə Gürcüstan Azərbaycana 9,355 milyon ABŞ dolları dəyərində 3 699,77 ton canlı iribuynuzlu mal-qara ixrac edib.
Bu il Gürcüstanın Azərbaycana ixrac etdiyi canlı iribuynuzlu mal-qaranın hər bir tonu üçün ödənilən məbləğ 933 ABŞ dolları və ya 37% artaraq 3 461,52 min ABŞ dollarına çatıb.
www.RESMIXEBER.az