Bir sıra rayonlarda leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

Cəmiyyət


Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şahdağ, Sabirabadda arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26 dərəcəyədək, Naxçıvan MR-da 25 dərəcəyədək, Aran rayonlarında 26 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 26-da gündüzədək davam edəcək, 27-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir