Qarabağın erməniəsilli sakini: “Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm”

HƏRBİ


“Doğulandan Əsgəranda yaşamışam. Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm”.

Bunu “Report”un Laçına ezam olunan əməkdaşına açıqlamasında Qarabağın erməniəsilli sakini Serjik Qriqoryan deyib.

O bildirib ki, Xankəndinə bir daha qayıtmaq istəmir:

“Yaşım 60-dan çoxdur. Əsgəranda doğulmuşam və orda da yaşayırdım. Azərbaycanlılarla çox işləmişəm. Traktorçu olaraq çalışırdım. Mən azərbaycanlıların ancaq yaxşılığını istəyirəm, onların mənə çox xeyri dəyib”.

S.Qriqoryan bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən ona heç bir maneə yaşadılmayıb:

“Burdan keçəndə heç bir problem yaratmadılar. Qayıtmaq fikrim yoxdur”.

www.102info.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir