“Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin ciddi riayət olunmasına, ayrı-seçkilik olmadan tətbiqinə söykənən BMT-nin əsasını təşkil edən çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır”.
“resmixeber.az” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidən qurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında səsləndirib.
“Bu baxımdan, gələcəyin Zirvə Toplantısının qlobal fəaliyyəti gücləndirmək və BMT Nizamnaməsinə və çoxtərəfliliyə kollektiv öhdəliyi nümayiş etdirmək üçün bir fürsət olacağına ümid edirik”, – C.Bayramov vurğulayıb.
www.RESMIXEBER.az