İspaniya və Fransada hotellərdən 4,5 milyon avro dəyərində əşyalar oğurlayan şəxslər saxlanılıblar

Dünya


İspaniya Mülki Qvardiyası və Fransa Milli Polisi bahalı hotel komplekslərində oğurluqla məşğul olan üç nəfəri saxlayıb.

Məlumata  görə, şübhəlilər iki ölkədə ən azı 12 quldurluq ediblər. Onların 4,5 milyon avro dəyərində əşyalar oğurladığı güman edilir. Söhbət ləl-cəvahirat, bahalı çantalar və digər qiymətli əşyalardən  gedir.

Qrupun lideri Fransada qanuni yaşayan Əlcəzair vətəndaşı olub. Əməliyyat Avropa Polis Agentliyi ilə birgə həyata keçirilib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir