“Qarabağın mülkiyyət məsələsi həllini tapıb”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, həmçinin qeyd edib ki, sülh müqaviləsinə doğru irəliləyiş təmin olunub.
“İndi çətin ki, kimsə (sülh müqaviləsinin imzalanmasının) vaxtını göstərməyi öhdəsinə götürsün. Amma Qarabağın mülkiyyətilə bağlı əsas məsələnin Ermənistanın bu mülkiyyətin kimə məxsusluğunu tanıması qərarı ilə həll olunduğunu nəzərə alsaq, nizamlanma prosesində mühüm irəliləyişlər təmin olunub”, – D.Peskov bildirib.
Mənbə: kommersant.ru
www.RESMIXEBER.az