İspaniyalı futbolçu qeyri-adi səbəbdən avrokubok oyununu buraxacaq

Dünya


Avstriyanın “Şturm” klubunun yarımmüdafiəçisi Xavier Serrano məşq zamanı arı udduğu üçün Avropa Liqasının qrup mərhələsinin I turunda Portuqaliya “Sportinq”i ilə oyunu buraxacaq.

Futbolçu üzləşdiyi hadisə səbəbindən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və ciddi problem aşkarlanmayıb.

Qeyd edək ki, bu gün keçiriləcək “Şturm” – “Sportinq” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Serrano Avstriya çempionatının cari mövsümündə üç matçda meydana çıxıb.

Mənbə: marca.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir