İsmayıllıda maşın aşdı: Ölən var

Cəmiyyət


İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

resmixeber.az-ın məlumatına görə, hadisə rayonunun Hacıhətəmli kəndində baş verib.

Belə ki, hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Sahib Həşimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiq ediblər və bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir